-
- 21-08-2019, 12:28
- 2 246
Rəşad Atakişiyevin həyat yoldaşı: "İki gül balası qaldı..."
"Rəşadın iki gül balası qaldı..."
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında dəfn mərasimindən sonra mərhum pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova deyib. O, həyat yoldaşının itkisiylə barışa bilmədiyini bildiribi: "Qəzadan 28 gün sonra tapıldı. Buna da hava şəraiti imkan vermədi. Bu axtarışda iştirak edən hər kəsə təşəkkür edirəm. Onun yolunu övladları davam etdirəcək".
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
Allah rəhmət eləsin!