Bakıda 17 yaşlı qıza təcavüz etdilər Qız küçələrdə gecələyib
    • 21-08-2019, 21:52
    • 2 085

Bakıda 17 yaşlı qıza təcavüz etdilər Qız küçələrdə gecələyib

Bakıda 17 yaşlı qıza təcavüz olunub. 
News24.az xəbər verir ki, bu barədə “SOS” Uşaq Sığınacaq Birliyindən Xətai Rayon Prokurorluğuna məlumat verilib. Bildirilib ki, Birliyə sığınan 2002-ci il təvəllüdlü H. B.-nı bu ilin iyul ayında zorlayıblar. 
H. B. birliyə sığınmadan öncə küçələrdə gecələyib. Bu zaman Yadigar adlı şəxs gecə saatlarında rayonun Sadıqcan küçəsindəki ağaclıq sahədə onu qeyri-cinsi yolla zorlayıb.
Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.