-
- 23-08-2019, 17:45
- 1 586
Dənizdə batmalar - fərziyyələr yoxsa gerçəklik… - Dənizdə batma hallarının ARTMA SƏBƏBİ - ARAŞDIRMA
Bu il yay mövsümündə ardı-arası kəsilməyən dənizdə batma halları qeydə alınıb. Bəzən qrup şəklində baş verən dənizdə boğulma halları bu sayın ötən illə müqayisədə daha çox olması fikrini yaradır. Dənizdə batma halları insanlar arasında müxtəlif fərziyələrin yaranmasına da səbəb olur. Kimisi dənizdə yarğanların əmələ gəldiyini, bəziləri tektonik dəyişikliklərin baş verdiyini bildirir. Hətta suyun altında kiminsə insanları tutduğunu zənn edənlər də var.
Bəs, bu il dənizdə batma hallarının artması fikri, eləcə də qrup şəklində mavi Xəzər dənizində bataraq həyatlarından olanların artma səbəbi nədən qaynaqlanır? Yazıda məhz bu suala cavab tapmağa çalışmışıq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili News24.az-a açıqlamasında ötən illə müqayisədə ölüm hallarının artmadığını deyib: “Sadəcə olaraq bu il qrup halında, yəni 3-4 nəfərin eyni vaxtda batması belə bir ajiotaj yaratdı. Əlbəttə, bir nəfər batsa belə, bizim millətimizin nümayəndəsidir. Bir azərbaycanlı kimi, dövlət işçisi kimi belə hadisələr bizi də narahat edir. Amma ümumilikdə, boğulma hallarının baş verməsinin müəyyən səbəbləri var. Vətəndaşların boğulma ilə üzləşmələrinə əsas səbəb nəzarət olunmayan ərazilərdən istifadə etmələridir. Ümumiyyətlə, ölkə ərazisində 35 sularda xilasetmə məntəqəsi var. Bunun 25-i Bakı şəhəri Abşeron rayonunun payına düşür. Məsələn, Sabunçu rayonunda 5 xilasetmə məntəqəsi fəaliyyət göstərir. 1-i Bilgəh, 2-si Nardaran, digəri Pirşağı qəsəbəsində, 1-i Pirşağı və 1-də Qızılqumda yerləşir. Sabunçu rayonunun istənilən ərazisində məntəqəmiz var. Şübhəsiz ki, Azərbaycan Xəzər dənizi sahilində 955 km məsafəni qət edir. Eyni zamanda, ölkəmizdə kifayət qədər su anbarları, çaylar, göllər var. Bütün bu əraziləri xilasedicilərlə təmin etmək mümkün deyil".
"246 nəfər boğulma təhlükəsi ilə üz-üzə..."
A.Əlilinin sözlərinə görə, FHN dövlət tərəfindən müəyyən olunmuş ərazilərdə xidməti təşkil edir: “İnsanların sularda təhlükəsizliyini təşkil edirik. Baxmayaraq ki, çimərliklər 15 iyundan başlayır, biz artıq həmin ərazilərdə aprel ayından təhlükəsizlik tədbirlərini görməyə başlayırıq. Birinci növbədə sualtı baxış keçiririk. Çünki külək nəticəsində Xəzər dənizinin dib hissəsində relyefdə bəzi dəyişikliklər baş verir, sualtı çuxurlar əmələ gəlir. Xəzər dənizinin sualtı hissəsində axınların surətində artım olur. Eyni zamanda, güclü külək yad cisimlərin sahilə gətirilməsinə səbəb olur. Yəqin ki eşitmisiniz kimsə suya girib daş parçası ayağını kəsib, bu kimi hadisənin baş verməməsi üçün təhlükəsizlik tədbirlərini görürük. Eləcə də, üzmə sərhədlərini müəyyən edirik, şarlar yerləşdirik ki, vətəndaşlar bilsinlər hansı məsafəyə qədər üzmək olar. Maarifləndirici lövhələr yerləşdiririk, xilasedicilərimiz orda növbəli şəkildə xidmət aparırlar. Məhz bu kompleks tədbirlərin hamısı təhlükəsizlik tədbirləri sayılır. Bunun nəticəsidir ki, ölkə ərazisində fəaliyyət göstərən 35 sularda xilasetmə məntəqəmizdə bugünədək 246 sularda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas olunub. Ölüm hadisəsi qeydə alınmayıb. 246 nəfərlə bağlı hadisə nəzarətsiz ərazidə baş versəydi, bu artıq 246 ölüm demək idi. Nardaranda 4 nəfərin batdığı o hadisəyə qayıtmaq istəyirəm. Həmin hadisə kiçikhəcmli gəmilərin dayanacağı üçün nəzərdə tutulmuş bir ərazidə baş verib”.
“İnsan hansı təfəkkürdə olmalıdır ki, gəmilərin saxlandığı yerdə suya girsin"
Nazirlik rəsmisi gəmilərin saxlandığı yerdə dənizə girmə hallarının da qeydə alındığını deyərək, bunun anormal olduğunu deyib: “İnsan hansı təfəkkürdə olmalıdır ki, gəmilərin saxlandığı yerdə suya girsin. Çünki ora dərindir, orda kifayət qədər süni maneələr, daşlar, qayalar var, həmin ərazidə hasar çəkilib, insanların ora girişi qadağan olunub. Bir sözlə, hər kəs gedəcəyi çimərlik haqqında əvvəlcədən məlumatlı olmalıdır. Onu da düşünməlidirlər ki, çimərliyə gedirlərsə, hadisə baş verdikdə burdan necə çıxmaq olar. Əgər həmin ərazidə xilasedici və xilasetmə texnikaları yoxdursa, həmin çimərlikdən istifadə etməsinlər”.
"Övladlarınızı çimərliyə gətirmisizsə, nəzarət edin!"
A.Əlili onu da əlavə edib ki, suyun altında baş verən hadisə barədə yalnız mütəxəssislər baxış keçirəndən sonra rəy verirlər: «Aprel ayından sualtı baxış keçiririk, hansı ərazi təhlükəlidirsə, ora nişan qoyuruq. Amma biz bütün sahilboyu ərazisində bu nişanları düzə bilmərik axı. Birincisi, vətəndaş xilasedici olmayan ərazidən istifadə etməsin. Bəzən də olur ki, hətta nəzarət etdiyimiz ərazilərdə də küləkli havada xilasedici vətəndaşa deyir ki, suya girmək olmaz. Vətəndaşlar bunu hər zaman dinləmir, bəzən təhqir edir, kobud rəftar edirlər. 10-11-ci siniflər, universitet tələbələri bəzən üzmə sərhədlərini müəyyən edən o şarları ötüb keçməyə çalışırlar. Hətta bunu nümayişkaranə şəkildə edirlər, bir-birlərinin bəhsinə daha da irəli getməyə çalışırlar. Üçüncüsü, içkili vəziyyətdə dənizə girirlər. İçən adamlarda özünə arxayınlıq hissi güclü olur, bu insanların qarşısını ala bilmirik. Bəzən olur ki, polisə müraciət edirik, həmin adamları uzaqlaşdırırıq. Daha bir acınacaqlı vəziyyət isə valideynlərin məsuliyyətsizliyi ilə bağlıdır. Övladlarınızı çimərliyə gətirmisizsə, nəzarət edin. Bununla bağlı bizdə 31 hadisə baş verib. 31 azyaşlı uşağı çimərlikdə xilas etmişik. Biz istəyirik ki, cəmiyyət qaydalara biganə olmasın. Bu bizim həyatımıza təhlükədir".
"Çimərliklərdə basabasdır, insanlar harda gəldi çimirlər..."
Coğrafiyaşünas Ənvər Əliyev News24.az-a açıqlamasında küləkli havada cimməyin çox təhlükəli olduğunu qeyd edib: “Ərazidə tektonik çatların olmasının özünün xəritəsi var. Əslində Prezident Aparatının yanından başlayaraq Badamdar qəsəbəsinə qədər çat var. Bunu hamı, eləcə də geoloqlar bilir. Amma dənizdə hələ ki, çat müşahidə olunmur. O çatın əmələ gəlməsi üçün milyonlarla il lazımdır. Yəni yer qabığının Azərbaycanda 45-55 km-lik qalınlığı var. Məsələ burasındaadır ki, bu il batmalara səbəb camaatın özünə qarşı məsuliyyətsizliyindən irəli gəlir. Bu, iqlimə, küləyə qarşı olan laqeydliyin nəticəsidir. 15 mm saniyədən artıq küləyə güclü külək deyilir. O külək olan dəqiqədə sahildəki dalğaların hündürlüyünü müəyyənləşdirmək çətindir. Sahildə dalğaların hündürlüyü, onların sahilə dəyib geri təpgisi bir ağır qüvvədir. Dünyada ən nəhəng qüvvə sulardadır. Sahildə çimərliklərdə basabasdır, insanlar harda gəldi çimirlər. Nəticəsi də çox ağır olur. Yay başlayandan 2 ay müddətində 57 gün küləkli hava oldu ki, orda dənizə çıxmaq olmazdı”.
Mütəxəssis qeyd edib ki, bəzən içkili vəziyyətdə də dənizə girərək öz həyatlarını təhlükəyə atan şəxslərə rast gəlinir: “Bəzən sərxoş vəziyyətdə qızlarla gəlirlər, özlərini göstərirlər, sonra da dənizi günahlandırırlar. Dəniz həmin dənizdir, sahil də həmin sahil..”
Afaq Mirayiq