Toya gələn qonağı bıçaqladılar Şəkidə toyda dava çıxdı
    • 23-08-2019, 21:52
    • 703

Toya gələn qonağı bıçaqladılar Şəkidə toyda dava çıxdı

Şəkidə keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Şəkinin Üzümçülük savxozunda qeydə alınıb.
Belə ki, İsmayıllı sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Şükran Sahib oğlu Şəkinin Üzümcülük savxozuna toya gəlib və orada münaqişə zamanı bıçaqlanıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Hazırda onun üzərində cərrahiyə əməliyatı aparılır.
Faktla bağlı araşdırma başlanıb.