Qəbələdə kütləvi zəhərlənmə Toy yasa çevrildi
    • 5-08-2019, 20:01
    • 1 200

Qəbələdə kütləvi zəhərlənmə Toy yasa çevrildi

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb:
"Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir".