Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə vakansiya seçimi başa şatdı
    • 30-08-2019, 10:40
    • 760

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə vakansiya seçimi başa şatdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, 5 190 namizədelektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiqləyən şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.