Bakı Şəhər İcra Hakimiyyətində təcili müşavirə- ELDAR ƏZİZOVDAN TAPŞIRIQ
    • 2-09-2019, 09:12
    • 679

Bakı Şəhər İcra Hakimiyyətində təcili müşavirə- ELDAR ƏZİZOVDAN TAPŞIRIQ

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.

BŞİH-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayon İcra Hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi Proqram təsdiq edilib.

tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı siyasət nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, şəhər infrastrukrunun inkişaf etdiyini qeyd edərək payız-qış mövsümünə hazırlıq tədbirlərinin də şəhərin inkişaf tempinə uyğun təşkil edilməsinin vacibliyini vurğuladı. Qeyd edildi ki, paytaxt qurumları qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılmalıdır.

O da bildirildi ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqaladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirildi, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırıldı.

Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edildi.