Başçı oğlu 2,3 milyona mülk aldı:- araşdırma başladı- VİDEO
    • 3-09-2019, 17:12
    • 647

Başçı oğlu 2,3 milyona mülk aldı:- araşdırma başladı- VİDEO

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkünün olduğu barədə məlumat yayılıb.

Azeuronews.com Anar İsmayılovun şirkəti və mülkünün Kanadanın Toronto şəhərinin "North York” bölgəsində yerləşdiyini iddia edib. Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilib.
Sayt bununla bağlı Kanadanın rəsmi saytına istinadla foto-skrin də paylaşıb. Skrində şirkətin qeydiyyat ünvanının Overbruk Pleys-103-də olduğu qeyd edilib.

Yayılan məlumatla bağlı Saatlı Rayon İcra Hakimiyyətindən  bildirilib ki, bu haqda icra başçısı məlumatlandırıldıqdan və araşdırma aparıldıqdan sonra açıqlama yayılacaq. /Axar.az/