Kürdəmirdə polis epilepsiya xəstəsinin həyatını xilas edib - FOTO
    • 8-09-2019, 14:43
    • 759

Kürdəmirdə polis epilepsiya xəstəsinin həyatını xilas edib - FOTO

Kürdəmir rayonunda polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib.

News24.az xəbər verir ki, Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə ərazidə xidmət aparan polis patrulunun avtomobilinə mindirilərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəyə ilk tibbi yardım göstərilib.

Qeyd edək ki, A.İsmayılov epilepsiya xəstəsidir./report.az/