-
- 9-09-2019, 16:39
- 1 043
Fədayə Laçının bacısından Tacirə şok sözlər: "O KİMDİR? MƏN SƏNƏTKARLARDAN DANIŞIRAM"
Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prossesi doqquzuncu dəfə təxirə salınılıb.
Məhkəmələr ard-arda təxirə salındığı üçün sənətçinin səhhətində problemlərin yaranması haqda söz-söhbətlər yayılıb.
Deyilənlərin yalan, yaxud doğru olduğunu öyrənmək üçün müğənninin bacısı İlahə Fəda ilə əlaqə saxladıq.
O, News24.az-a açıqlamasında Fədayə Laçının səhhətində heç bir problem olmadığını bildirib:
"Bacım yaxşıdır. Səhhətinə heç bir problem yoxdur. Məhkəmələrin təxirə salınmasının səbəbinə gəlincə, bunu biz də bilmirik. Bu haqda bizə heç bir açıqlama vermirlər" deyib.
O bildirib ki, bacısıyla tez-tez görüşür və Fədayənin azadlığa çıxacağı günü səbirsizliklə gözləyir:"Tez-tez görüşürük, vəziyyəti normaldır. Özü də, biz də həbsxanadan çıxmasını gözləyirik. Fədayə musiqiçidir, anadır, övladdır, sənətkardır. O, dörd divar arasında, qəfəsdə qalan bülbüldür. Sənətçilər daima onunla maraqlanırlar. Ancaq təəssüf ki, yanına yad insanları buraxmırlar".
İlahə Fəda bacısının duet ortağı olan Tacir Şahmalıoğlunun ona baş çəkmək istəməsi haqda sualı isə belə cavablayıb: "O, kimdir? Mən sənətkarlardan danışıram.."
Sevda Bayramova