-
- 12-09-2019, 09:10
- 1 247
DSX-nın Yevlaxda yerləşən hərbi hissəsində yeni idman kompleksi istifadəyə verildi
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Yevlax şəhərində yerləşən hərbi hissəsində yeni idman kompleksi istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətindən News24.az-a verilən məlumata görə, idman kompleksinin açılış mərasimində iştirak edən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hərbi qulluqçular üçün zəruri xidməti və yaşayış səviyyəsinin təmin edilməsi, o cümlədən bədən tərbiyəsi və fiziki hazırlıqla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli tədbirlərin görülməsi, bu sırada “Sərhədçi” idman olimpiya mərkəzinin, həmçinin bütün sərhəd dəstələrinin və digər hərbi hissələrin nəzdində yaradılmış idman komplekslərinin fəaliyyətinə böyük önəm verilməsi xüsusi qeyd olunmuşdur.
Yeni inşa edilmiş idman kompleksində çevikliyi və dözümlüyü artırmaq üçün ən müasir avadanlıqlarla təchiz edilmiş trenajor zalı, stolüstü tenis və bilyard zalı, voleybol, basketbol və mini futbol oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş böyük idman zalı mövcuddur. İdman kompleksində həmçinin tamaşaçılar üçün tribuna, idmançılar üçün rahat geyinib-soyunma və yuyunma otaqları, kompleksin fəaliyyətini təmin etmək üçün zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar da istifadəyə verilmişdir.
İdman kompleksinə baxış keçirildikdən sonra çevikçilər nümunəvi çıxışlarını təqdim ediblər.