Prezident Nəsiminin məzarının bərpası ilə bağlı GÖSTƏRiŞ VERDİ
    • 12-09-2019, 18:54
    • 789

Prezident Nəsiminin məzarının bərpası ilə bağlı GÖSTƏRiŞ VERDİ

"Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparılır".

News24.az xəbər verir ki, bunu jurnalsitlərlə bu gün keçirilən görüşdə mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Prezident məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı tapşırıq verib: "Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, "Nəsimi ili", "Nəsimi festivalı" bu məsələnin daha çevik həll olunmasına dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcəyik".

Sevda Bayramova