-
- 17-09-2019, 14:00
- 927
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının Baş konfransında - FOTOLAR
Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransı keçirilib.
Bu il “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında təşkil olunan konfransın açılış mərasimində Yaponiya şahzadəsi və onun xanımı, nazirlər, millət vəkilləri və Kioto şəhərinin meri, ICOM Azərbaycan Milli Komitəsinin 18 üzvü daxil olmaqla dünya ölkələrindən 4500-dən çox muzey mütəxəssisi iştirak edib.
Azərbaycan Milli Xalça Muzeyindən News24.az-a bildirilib ki, 1948-ci ildən etibarən üç ildən bir keçirilən konfransın məqsədi həmişə olduğu kimi beynəlxalq muzey ictimaiyyətinin əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub.
Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikovanın tədbirdə “Günəşin doğduğu ölkə və odlar diyarı – kəsişmə nöqtərləri” mövzusunda ICOM-un Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) üzrə beynəlxalq Komitəsində məruzəsi dinlənilib. Konfrans iştirakçılarından Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ICOM-un Ədəbiyyat muzeyləri (ICLCM) üzrə beynəlxalq Komitəsində “Musiqi həvəskarları klubu dayanıqlı mədəni fəaliyyətin nümunəsi kimi”, ICOM-un Musiqi və musiqi alətləri muzeyləri və kolleksiyaları (CIMCIM) üzrə beynəlxalq Komitəsində isə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında təhsilin rolu və muzeyin təhsilə töhfəsi” mövzularında məruzələrlə çıxış ediblər. “İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin daimi ekspozisiyalar üzrə sektor müdiri Həcər Alxasovanın ICOM-un Tarix və Arxeologiya muzeyləri və kolleksiyaları (ICMAH) üzrə beynəlxalq Komitəsində “İçərişəhərdə şəhər arxeologiyası” mövzusunda məruzəsi, müstəqil kurator Əsli Səmədovanın isə ICOM-un Geyim muzeyləri və kolleksiyaları (COSTUME) üzrə beynəlxalq Komitəsində “Qadın səsi: ənənə, moda və zəriflik Qafqazda və onun hüdudlarından kənarda”, ICOM-un Sərgilər və mübadilə (ICEE) üzrə beynəlxalq komitəsində “Milli irsimiz layihəsinin sərgiləri” adlı məruzələri dinlənilib. Digər 14 nəfər isə tədbirə iştirakçı qismində qatılıb.
Konfrans çərçivəsində Şirin Məlikova xüsusi dəvətlə gənc muzey mütəxəssisləri üçün təşkil olunmuş muzey idarəçiliyi mövzusunda bir saatlıq mentor sessiyanı aparıb. Bununla yanaşı, “İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin daimi ekspozisiyalar üzrə sektor müdiri Həcər Alxasova ICOM-un Tarix və Arxeologiya muzeyləri və kolleksiyaları (ICMAH) üzrə beynəlxalq Komitəsinin, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəna Zeynalova isə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Etnoqrafiya Muzeyləri və Kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin (ICME) idarə heyətinin tərkibinin təyinatı üzrə seçkilərdə komitənin idarə heyətinin üzvü seçilib.
Qeyd edək ki, tədbirdə ICOM-un üç beynəlxalq komitəsinin, INTERCOM və ICME-nin birgə illik konfransının, eləcə də ICLCM-in illik konfransının 2020-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı irəli sürülən təklif qəbul olunub. Konfransda, həmçinin ICOM-un yeni prezidenti və idarə heyəti seçilib. Səsvermədə Azərbaycan nümayəndə heyətindən 5 nəfər iştirak edib. Sonda səsvermənin nəticələrinə əsasən Suay Aksoy yenidən prezident seçilib və idarə heyətinin yeni üzvlərinin adları açıqlanıb. Tədbirdə əsas mövzulardan olan muzeyin yeni tərifinin qəbulu məsələsi isə uzun müzakirələrdən sonra ICOM-un növbəti illik iclasına qədər təxirə salınıb.