İTV-nin efirində daha bir yenilik
    • 17-09-2019, 18:35
    • 1 208

İTV-nin efirində daha bir yenilik

İctimai Televiziyası daha bir yeniliyə imza atıb.

News24.az xəbər verir ki, İTV-nin efirində "3D" proqramında robot aparıcılıq edəcək.

Ideya və veriliş barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asımqızı məlumat verib:

"Televiziyada yeni yayımlanan "3D" verilişi Dadaşlinski Dadaş Dadaş oğlunun layihəsidir, ona görə də aparıcı elə onun özüdür.
Müəllifin Televiziya rəhbərliyi ilə bir neçə görüşündən sonra bu layihənin İTV-də yayımlanmasına qərar verilib.
Qonaq olaraq məşhur, həmçinin maraqlı şəxslər dəvət edilir və onlara müxtəlif suallar verilir. Bu suallar qonaqla da bağlı ola bilər, ümumi də. Dadaş Dadaşlinski həftənin 4 günü 22:40-da İTV-də tamaşaçıların görüşünə gələcək".

Sevda Bayramova