-
- 18-09-2019, 20:29
- 962
Gələcəyə səyahət mümkündür - Bunun üçün kosmik gəmi yaradılmalıdır
İnsanın gələcəyə səyahət etməsi mümkündür. Müasir nəzəri fizika sahəsində ən məşhur alimlərdən biri, britaniyalı professor Stiven Hokinsə görə, təəssüf ki, keçmişə qayıtmaq mümkün deyildir.
News24.az xəbər verir ki, alimin gələcəyə səyahət metodlarına həsr olunmuş məqaləsi Londonun “Sandi Tayms” həftəliyində dərc edilib.
Onun fikrincə, əslində, bu cür eksperimentlərin aparılması üçün heç bir nəzəri maneə yoxdur. Bunun üçün fövqəladə sürətə malik kosmik gəmi yaradılmalıdır. Bu gəmi işıq sürətinin 98 faizi qədər sürət yığmalıdır.
Məqalədə deyilir: “Gəmi Yerdən qalxandan sonra bu sürətə çatmaq üçün 6 il yol getməlidir. Nəticədə qurğunun içində vaxtın axarı dəyişəcəkdir. Buradakı adamlar üçün zamanın gedişi ləngiyəcək, gəmidəki bir gün Yerdəki bir ilə bərabər olacaqdır”.
Hokinq vurğulayıb ki, insanlar bəşər sivilizasiyasını qoruyub saxlamaq üçün Günəş sisteminin hüdudlarından kənara çıxmalıdırlar. Bu səbəbdən də belə bir gəminin yaradılması vacibdir.
Alim hesab edir ki, zamanda mövcud olan dəliklər vasitəsilə keçmişə qayıtmağın mümkünlüyü barədə nəzəriyyənin elmi əsası yoxdur.
S.Hokins bildirib ki, əvvəllər belə əks-səda doğuran bəyanatlar verməkdən çəkinirdi. Lakin indi həqiqəti deməyin vaxtı çatmışdır. O deyib: “Dünya elmi uzun müddət keçmişə və gələcəyə səyahətlər barədə söhbətləri cəfəngiyat sayırdı. Mən bu mövzuda fikir söyləməkdən çəkinirdim ki, məni qəribə adam hesab etməsinlər. Ancaq indi ehtiyatlı olmağın vaxtı deyildir”.