Gömrükdən 8000 ədəd siqaret KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 24-09-2019, 12:44
    • 731

Gömrükdən 8000 ədəd siqaret KEÇİRMƏK İSTƏDİ - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

News24.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin arxa oturacaqların altında 8000 ədəd üzərində "Marlboro" yazılan tütün məmulatları, 7 ədəd üzərində "Brontel" və 1 ədəd üzərində "Brovermektin" yazılan dərman vasitələri aşkarlanıb.