Noutbukları oturacaqların altında gizlətdi, sərhədi keçəndə TUTULDU
    • 24-09-2019, 15:48
    • 519

Noutbukları oturacaqların altında gizlətdi, sərhədi keçəndə TUTULDU

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən News24-az-a verilən məlumata görə, şifahi sorğu-sual edilən zaman vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilə baxış zamanı oturacaqların altında gizlədilən, üzərində "MacBook Pro" yazısı olan 4 ədəd noutbuk aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.