-
- 24-09-2019, 17:37
- 699
"Məktəbdə dinin tədrisi şagirdlərin mənəvi tərbiyəsi üçün faydalıdır "- GÜNDÜZ İSMAYILOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda konfrans keçirilib.
DQİDK-dən News24.az-a verilən məlumata görə, konfransda Şirvan şəhəri üzrə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də Şirvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Elmira Ağayeva DQİDK tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətinə toxunub. O, eyni zamanda vurğulayıb ki, əxlaq, mənəviyyat, milli-mənəvi dəyərlərə hörmət hər bir insanda uşaq yaşlarından formalaşdırılmalıdır və elə bu istiqamətdə “Həyat bilgisi” fənni daxilində dini biliklərin tədrisi ən münasib üsullardandır.
DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, bütün dövrlərdə dinin siyasiləşdirilməsinə, dövlətlərin onu bir-birinə qarşı silah alətinə çevirməsinə cəhdlər göstərilib. Din müxtəlif vaxtlarda hansısa dövlətlərin və qüvvələrin dayaq nöqtəsi, uğurunun təminatçısı kimi çıxış edib. Lakin heç zaman dini məsələ indiki qədər siyasiləşib bəşəriyyətin “kabus”una çevrilməyib.
Dinin siyasiləşdirilməsinin fəsadlarına toxunan sədr müavini vurğulayıb ki, cəmiyyət zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilmirsə, ona lazımi dini biliklər sistemli şəkildə verilmirsə, deməli, onun hansısa qeyri-ənənəvi təriqətə qoşulması ehtimalı hələ də qalır.
Gündüz İsmayılovun sözlərinə görə, bu səbəbdən maarifləndirmə cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməklə intensiv təşkil edilir.
“Həyat bilgisi” fənni çərçivəsində dini biliklərin verilməsinin əhəmiyyəti barədə də danışan sədr müavini diqqətə çatdırıb ki, orta məktəbdə dini biliklərin verilməsi həm şagirdlərin mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini bilgilərin təsadüfi adamlardan öyrənilməsinin qarşısını almış olur.
Sonda sədr müavini tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.