Ərdoğan BMT-də Qarabağdan danışdı:
    • 24-09-2019, 22:29
    • 875

Ərdoğan BMT-də Qarabağdan danışdı: "Bu BMT nəyə lazımdır?"

Bu gün Türkiyə prezidenti Ərdoğan BMT-də çıxış edib.
News24.az xəbər verir ki, o, dünyada müsəlmanlara qarşı ədalətsiz yanaşmanın olduğunu bildirib.
Ərdoğan Kəşmirdə, Yeni Zelendiyada, Yaxın Şərqdə, o cümlədən Fələstin və Cənubi Qafqazda baş verənlərə dqiqqəti çəkib.

Qarabağ münaqişəsindən danışan Ərdoğan Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etdiyini, milyonlarla qaçqın olduğunu xatırladıb. Bildirib ki, dünya digər məsələlərdə olduğu kimi, bu məsələdə də adil davranmayıb: "Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”.
Ərdoğan daha sonra BMT-nin qətnamələrin həyata keçirilməməsinin səbəbini soruşub:
 "Hardadır axı bu BMT-nin Təhülkəsizlik Şurası, onun qəbul etdiyi qətnamələri? Əgər bunlar həyata keçmirsə, o zaman bu qurum hardadır? Nəyə lazımdır?". Ərdoğan çıxışında İsraili də sərt tonda ittiham edib. 

O, 1947-ci illə indiki vəziyyəti əks etdirən xəritələri göstərərk, belə deyib: "Mən maraq edirəm, bu İsrail haradadır? Bu İsrailin topraqları haraları əhatə edir? 1947-ci ildə haradaydı, 1948-67-ci illərdə sərhədləri hara çəkdilər və indi hardadır?".
Ərdoğan Fələstin probleminin həllinin 1967-ci ilə qədərki xəritə əsasında həll oluna biləcəyini deyib.
Türkiyə prezidenti Suriyada baş verənlərə də diqqəti çəkib: 

"Biz orada 30 km enində, 430 km uzunluğunda təhlükəsiz bölgə yaratmaq istəyirik. Əks halda, milyonlarla qaçqın axını olacaq. Bunu isə Türkiyə tək qarşılaya bilməz...".