SON DƏQİQƏ! "MiQ-21" QƏZAYA DÜŞDÜ
    • 25-09-2019, 12:51
    • 1 190

SON DƏQİQƏ! "MiQ-21" QƏZAYA DÜŞDÜ

"MiQ-21" qəzaya uğrayıb.

News24.az "Hindustan Times"-a istinadən xəbər verir ki, hadisə Hindistanın Madhya Pradeş ştatında, Qvalior aviabazasının yaxınlığında baş verib.

Hindistan Hərbi Hava Qüvvələrinin tlim uçuşu zamanı "MiQ-21" qırıcısının uçuşdan bir neçə dəqiqə sonra qəzaya düşdüyü bildirilir. Hər iki pilot katapult etməyə müvəffəq olub və onların həyatı üçün heç bir təhlükənin olmadığı qeyd edilib.

Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. İstintaq davam edir.