"Gəncə hadisələri"nə görə həbs edilən 4 nəfər də AZADLIĞA ÇIXDI
    • 30-09-2019, 13:19
    • 869

"Gəncə hadisələri"nə görə həbs edilən 4 nəfər də AZADLIĞA ÇIXDI

“Gəncə hadisələri”nə görə həbs edilən şəxslərdən 4-ü də azadlığa buraxılıb.

News24.az
 musavat.com-a xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bu gün keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıb.

Digər təqsirləndirilənlər Babək Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, bu iş üzrə həbs edilən şəxslərdən bir neçəsi də azadlığa buraxılmışdı.