-
- 3-10-2019, 00:29
- 1 057
Azyaşlı uşaq 3-cü mərtəbədən yıxıldı -vəziyyəti ağırdır
Gəncədə azyaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.
News24.az xəbər verir ki, hadisə Adilxan Ziyadxanov küçəsində Gəvə Zavodu adlanan əraznin yaxınlığında yerləşən yataqxanada baş verib. 3 yaşlı Cəfərova Aysel Bayram qızı yaşadığı binanın yataqxanasından yıxılaraq ağır xəsarət alıb.
Yaralı ağır vəziyyətdə Gəncə şəhər Abbas Səhət adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Azyaşlının atası Bayram Cəfərov bildirib ki, övladı başından ağır yaralanıb. Maddi vəziyyəti ağır olduğundan özəl xəstəxanada müalicə üçün gücləri çatmır.
B.Cəfərov xeyirxah insanlardan ona kömək etməyi xahiş edir.