-
- 4-10-2019, 16:57
- 602
54 əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi Bakıya gəlmək imkanları olmayan əlilliyi olan şəxslərin səyyar formada reabilitasiya vasitələri ilə təminatı işlərini davam etdirir.
ƏƏSMN-dən News24.az-a vedrilən məlumta görə, bu məqsədlə cari ilin sentyabr ayında Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında əlilliyi olan vətəndaşlara səyyar protez-ortopedik xidmətlər göstərilib.
Qeyd olunan rayonlarda 54 əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Həmin vətəndaşlara 1 ədəd yuxarı ətraf protezi, 2 cüt ortopedik ayaqqabı, 1 ədəd bandaj, 3 əlil arabası, 26 cüt dirsəkaltı, 20 cüt qoltuqaltı ağac, 46 ədəd əsa, 116 ədəd güdül üçün corab, 28 ədəd dizlik, 3 ədəd yara əleyhinə döşəkcə, 86 ədəd rezin ucluq verilib.
Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti mərhələdə cənub bölgəsində yaşayan əlilliyi olan şəxslərə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi planlaşdırılır.