Yevlaxda iki qardaş mağazadan OĞURLUQ ETDİ
    • 5-10-2019, 15:39
    • 691

Yevlaxda iki qardaş mağazadan OĞURLUQ ETDİ

Yevlax rayonunda iki qardaş mağazadan oğurluq edib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-nə keçən gecə mağazalardan birindən 400 manat pul, 2 ədəd mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Olamadze və qardaşı saxlanılıb.