"Yetim deyiləm, nəslim də var, köküm də..." - İslam Mehrəliyevdən SƏRT İSMARIC - VİDEO
    • 8-10-2019, 19:21
    • 732

"Yetim deyiləm, nəslim də var, köküm də..." - İslam Mehrəliyevdən SƏRT İSMARIC - VİDEO

"Evdə üzümü görürlər ki... Qapıdan girəndə əl çalırlar ki, İslam gəldi..."

Bu sözləri News24.az-a aktyor İslam Mehrəliyev deyib. O bildirib ki, çox gərgin iş qrafiki var. Amma buna baxmayaraq, özünü "Maşın şou"da da sınayıb. Amma bir çox həmkarları kimi onun da, "Maşın şou"da narazı qaldığı məqamlar olub:
"Orada hər gün mələk roluna girərək, özümü yalandan başqa cür göstərə bilərdim, amma eləmədim. Həyatda necəyəmsə, şouda da eləydim. Lazım gələndə əsəbiləşə, lazım gələndə isə sakit dura bilərdim. Amma orda elə vəziyyət yarandı ki, özümdən çıxdım. Adımı yetim çıxardılar. Başa saldım ki, yetim deyiləm, nəslim də var, ailəm də".

Qısa söhbətdə aktyor toylarda aparıcı kimi özünü sınamamasından da danışıb: 

"Məndən həmişə soruşurlar ki, niyə toylarda aparıcılıq etmirsən?" Deyirəm ki, istəmirəm.  Çünki özümü elə yerlərdə görmürəm. Mən sənətimlə çörək pulu qazanmağı üstün tuturam. Çətin günlərim olub, həmin məqamlarda belə çox təklif almışam, amma yenə də, getməmişəm. Hətta qohum toylarında da danışmağa söz tapmıram. Ona görə bircə kəlmə "Allah xoşbəxt etsin" deyib aradan çıxıram. O iş mənlik deyil. Hər kəsin öz peşəsi var".

İslam Mehrəliyev gənc həmkarları ilə bağlı narazılıqlarını da dilə gətirib: 
"Aktyorluq sənətində təsadüfi adamlar çoxdur. Biz hələ İncəsənət Universitetində təhsil alsaqda çox şeyi bilmirik. Təhsil aldığımız dövrdə korifey sənətkarlardan bəhrələnmişik, onların yanında həyəcanlanırdıq. Amma indi sosial şəbəkələr çıxandan hər şey dəyişib. O, qədər aktyorlar ortaya çıxıblar ki, adama qəribə gəlir".


Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov