Nazir yalnızlıqdan şikayətlənib istefa verdi
    • 30-08-2018, 17:50
    • 1 145

Nazir yalnızlıqdan şikayətlənib istefa verdi

Fransanın ətraf mühit naziri Nikolya Yulo istefa verib. 

O, istefa qərarını “France Inter” radiostansiyasının canlı yayımında səsləndirib. 

“Həyatımın ən çətin qərarını verməyə hazırlaşıram. Hökumətdəki postumu tərk edəcəyəm”, - o bildirib. 
O deyib ki, hökumətdə özünü “yalnız” hiss edir. 

Yulonun sözlərinə görə, qərarını nə prezidenti Emmanuel Makrona, nə də baş nazir Eduard Filippə deyib, çünki hökumət və dövlət başçısının onu fikrindən daşındıracağından qorxur. Onun qərarından həyat yoldaşının da xəbəri olmayıb. 

Maraqlıdır ki, Yulo Fransada ən məşhur nazirlərdən biridir və onun istefası Makronun mövqeyinə, eləcə də, hökumətə ciddi zərbə olacaq. 

Nazir bəyan edib ki, onun istefası “həyəcan siqnalı” kimi qəbul edilməlidir və hökumət aktiv fəaliyyətə keçməlidir. 

//oxu.az