-
- 17-10-2019, 23:38
- 830
Gürcüstanda üç uşaq anası olan azərbaycanlını əri kəmərlə boğub
Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Talaveri (Faxral
kəndində qətl törədilib.
News24.az verir ki, kişi həyat yoldaşını qətlə yetirib.
Qonşular bildiriblər ki, cütlük son üç ayı Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.
Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib.
Onun həyat yoldaşını kəmərlə boğduğu bildirilir.
Kişi psixi pozğunluqdan əziyyət çəkib.
Qətlə yetirilən qadının meyiti Bakıya göndərilib.
Qətlə yetirilən qadın üç azyaşlı uşaq anası olub.
Qətli törədən şəxs saxlanılıb.