Bakıda arvadının xəyanətindən şübhələnən şəxs 2 kişini doğradı
    • 9-02-2020, 12:22
    • 1 426

Bakıda arvadının xəyanətindən şübhələnən şəxs 2 kişini doğradı

Bir neçə ay əvəvl Baknın Suraxanı qəsəbəsində qətl törədən şəxs barəsində açılan cinayət işinin bitidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Həşimov İlham Mirzə oğlunu qətlə yetirən, Şirinov Füzuli İmaş oğluna isə ağır xəsarətlər yetirən Quliyev Aqşin Əhməd oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 29 sentyabr 2019-c ild baş verib.  Səhər saat 11 radələrində Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi, ev 42-də 1968-ci il təvəllüdlü Aqşin Quliyev tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimova çoxsaylı bıçaq xəsarətləri yetirib. Meyitin müayinəsi zamanı onun sinə və qarın nayihələrində yaralar aşkarlanıb. Bundan başqa, qatil qurbanının boğazını kəsib. 

Hadisədən sonra A.Quliyev cinayət yerindən qaçıb və qətli törətdiyi bıçağı götürərək, Binəqədi rayonuna başqa kişini qətlə yetirmək üçün gedib. Qətldən sonra A.Quliyev Binəqədi rayonu Qəmbərov küçəsinə gəlib. O, 1958-ci il təvəllüdlü Fizuli Şirinovun evinə daxil olaraq, ona hücum edib və bıçaqlayıb. 

Hadisə nəticəsində F.Şirinov sinəsindən bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. F.Şirinovun vəziyyəti ağır qiymətləndirilib.

Məlum olub ki, A.Quliyev 15 gün dənizdə işləyib və 15 gün evdə olurmuş. O, uzun müddətdir həyat yoldaşı ilə əlaqələrdə şübhəli bildiyi İ.Həşimovu evinə dəvət edib və amansızlıqla öldürüb, daha sonra isə şübhələndiyi digər şəxsin evinə basqın edib. Lakin araşdırma zamanı qadının ona xəyanət etmədiyi məlum olub və onda psixoloji problemlərin yarandığı müəyyənləşib.