Vilayət Eyvazov Yaşar Əliyevə yeni müavin təyin etdi
    • 8-02-2020, 00:30
    • 2 566

Vilayət Eyvazov Yaşar Əliyevə yeni müavin təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

News24.az xəbər verir ki,  Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik Rəşadət Babayev nazirliyin Baş Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

R. Babayev bir müddət öncə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsindən azad edilmişdi.

Qeyd edək ki, Baş Mühafizə İdarəsinin rəisi general-mayor Yaşar Əliyevdir.
/Unikal.org/