Övladı prezidentə müraciət edən bank müdirindən YENİ XƏBƏR
    • 19-10-2019, 11:50
    • 860

Övladı prezidentə müraciət edən bank müdirindən YENİ XƏBƏR

Külli miqdarda bank vəsaitini mənimsədiyinə görə barəsində cinayət işi açılan və məhkum edilən Çingiz Əkbərov Ali Məhkəməyə müraciət edib.

News24.az-n məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2-ci, yəni Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə maddəsi ilə təqsirli bilinən Ç.Əkbərov Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl mənimsəmədə ittiham olunaraq həbs olunan Çingiz Əkbərovun övladı Əkbər Prezidentə müraciət edib.

“Atam həbs olunandan sonra dərslərimi oxuya bilmirəm” deyən azyaşlı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar ona veriləcək hədiyyənin onun atasına qovuşmaq olacağını bildirib.

Qeyd edək ki, Ç.Əkbərov “Muğanbank” ASC-nin Lənkəran filialının müdiri vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqlara görə ittiham olunaraq həbs olunub.