Son dəqiqə: Bu dəfə o İSTEFA VERDİ
    • 22-10-2019, 22:17
    • 1 436

Son dəqiqə: Bu dəfə o İSTEFA VERDİ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin sabaha fövqəladə toplantısı təyin olunub.
Etibarlı mənbədən News24.az -a verilən məlumata görə, buna səbəb AMEA prezidenti Akif Əlizadənin istefa ərizəsi yazmasıdır. İddiaya görə, A.Əlizadə yaşı ilə bağlı vəzifədən istefa vermək qərarına gəlib.

Fövqəladə toplantının oktyabrın 23-də saat 11:00-a təyin olunduğunu, AMEA-nın yeni prezidenti kimi isə akademiklər Nərgiz Paşayeva və Rasim Əliquliyevin şanslarının daha çox dəyərləndirildiyi bildirilib.

Xatırladaq ki, akademik Akif Əlizadənin 86 yaşı var.