-
- 23-10-2019, 11:34
- 792
1418 nəfər peşə hazırlığına CƏLB EDİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövrü ərzində 1418 nəfər işaxtaran və işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 907 nəfəri qadındır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, həmçinin peşə hazırlığına cəlb edilən şəxslərdən 528 nəfəri gənclər, 98 nəfəri məcburi köçkünlər, 32 nəfəri isə əlilliyi olan şəxslərdir.
Kurslarda aşpaz, qənnadçı, dərzi, xalçaçı, kompyuter mühasibliyi, qazanxana maşinisti, kompyuterçi dizayner, ingils dili, ekskursiya bələdçisi, elektrik quraşdırıcısı, əl ilə qaynaq, əməliyyatçı mühasib, vizajist, kişi bərbəri, bərbər-manikürçü peşələri tədris edilib. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, peşə hazırlığına cəlb edilən işsiz şəxslərə kurs keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.