"İnsanların baxışları oğlumu narahat edir"- ayağı amputasiya olunan müəllimə-VİDEO
    • 25-10-2019, 17:23
    • 1 414

"İnsanların baxışları oğlumu narahat edir"- ayağı amputasiya olunan müəllimə-VİDEO

“Həyat gözəldir, işləmək gözəldir, müəllim olmaq gözəldir. Allah nə qədər qismət edərsə, hər il  məktəbə gəlməyi arzu edirəm”.

News24.az "Təhsil TV"-nin növbəti layihəsində iştirak edən Nərmin Əhmədovanın həyat hekayəsini təqdim edir. O, 116 saylı məktəbdə 16 ildir ki, ingilis dilini tədris edir.
Xərçəng xəstəliyi səbəbindən bir ayağını itirib. Amma müəllimlik peşəsinə sevgisi, eləcə də mübarizliyi və nikbinliyi onu həyata daha da bağlayıb: “Bu vəziyyətimdə məni saxlayan yalnız nikbinliyimdir. Yalnız insanların baxışları oğlumu narahat edir. Məni həyata bağlayan isə oğluma olan sevgimdir. Həyat gözəldir, yaşamaq gözəldir”.

Nərmin Əhmədova bir çox beynəlxalq seminarlarda iştirak edib, sertifikatlar əldə edib. O bundan sonra daha çox çalışmaq, daha çox uğur əldə etmək əzmindədir.

Afaq Mirayiq