USD 1.7
EUR 1.8924
TRY 0.2901
RUB 0.0276
  • Bakı 2°C
  • ŞUŞA 1°C
  • GƏNCƏ 3°C
  • LƏNKƏRAN 3°C
  • ŞƏKİ 1°C
  • QUBA -1°C
  • NAXÇIVAN 1°C

Cəlilabadda narkotik satanlar - SAXLANILDI -FOTO

Sosial

Mətn ölçüsü

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Günəşli kənd sakini Vasif İsmayılov saxlanılıb. Onun üzərində şəxsi axtarlış aparılan zaman bir ədəd kibrit qutusunda qablaşdırılan 2,509 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq V.İsmayılovun idarə etdiyi “VAZ 2121” markalı avtomobildən əlavə olaraq 3,288 qram 12 büküm qurudulmuş marixuana, 2,125 qram narkotik vasitə metamfetamin, 15,487 qram 4 büküm həşiş qətranı və 5 ədəd kibrit qutusunda 28,135 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. V.İsmayilov narkotik vasitələrin ona məxsus olduğunu və həmyerlisi Qoşqar adlı şəxsdən aldığını bildirib.

Qalereya

5

Xəbəri paylaş: