-
- 28-10-2019, 13:34
- 1 133
"Kim bu söhbəti çıxardıb, niyə üstümə şər atırlar?!" - XALQ ARTİSTİNDƏN 4 MİN QALMAQALI İLƏ BAĞLI AÇIQLAMA
"Kim bu söhbəti çıxardıb? Mən nə vaxt demişəm ki, Akademik Opera və Balet Teatrı məndən pul istəyib? Mən Nigarı çox istəyirəm, öz balamızdır, istedadlıdır, Leyli obrazına da çox yaraşır. O, gerçəkdəndə bu rolu oynamalıydı. Pul söhbətinə qarışa bilmərəm, çünki məlumatım yoxdur".
Bu sözləri Xalq artisti Gülyanaq Məmmədova News24.az-a açıqlamasında söyləyib: "Şəxsən məndən pul istəyən olmayıb. Opera 20 ildir qapısını üzümə açıb. Hər dəfə məndən "Leyli"ni oynamağımı istəyirlər. Amma vaxtımın azlığına görə gedə bilmirdim. Başım ailəmə, övladlarıma qarışmışdı. Sonda isə qərara gəldim və öz istəyimlə "Leyli" rolunu ifa etdim. Niyə üstümə şaiyə atırlar? Olmayan yerdən xalqın haqqına girə bilmərəm. Əksinə tamaşada oynadığıma görə mədəniyyət ocağı mənə qonorar yazdılar. Solistin bir aylıq maaşını mən bir dəfəyə aldım. Sadəcə olaraq "Leyli" paltarını özüm tikdirmişəm, bir də afişanı öz zövqümə uyğun hazırlatdırdım. Yalnız bunların pulunu ödəmişəm".
Qeyd edək ki, Əməkdar artist Nigar Şabanova ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qalmaqal olub. Sənətçi iddia edib ki, ondan "Leyli" obrazını oynaması üçün 4 min manat rüşvət istənilib. Hətta Xalq artisti Gülyanaq Məmmədovanın da sözügedən obrazı pulla oynadığını deyib.
Sevda Bayramova