-
- 1-11-2019, 15:39
- 1 413
Aynur Camal: "Media sahəsində də islahatlar aparılmalıdır”
“Media da bu toplumun ayrılmaz hissəsidir. Ölkədə gedən islahatlar kifayət qədər maraqla qarşılanır. Düşünürəm ki, o islahatlar media sahəsində də aparılmalıdır. Burda kadr islahatından tutmuş, maddi-texniki təchizata qədər çox böyük yenilənmələrə ehtiyac var”.
News24.az-ın xəbərinə görə, bunu İctimai Televiziyasında “3D” proqramının qonağı olan əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı bildirib.
Aparıcının “tikanlı” suallarını cavablandıran Aynur Camalqızı başqa sahədə uğur qazanmayan təsadüfi adamların jurnalistikaya axınından narahatlığını ifadə edib: “Reket jurnalistlər məhz dırnaqarası jurnalistlərin mediaya axını sayəsində ortaya çıxıb. Bilirsiniz ki, universitetlərdə jurnalistika fakültələri var, təəssüf ki, həmin fakültələrdə jurnalistika hazırlığı müasir tələblərə qətiyyən cavab vermir. Jurnalistlər sovet dövründə necə təhsil alırdılarsa, indi də o şəkildə davam edir. Əsas da təcrübə keçmirlər. Həmişə deyirəm, həkimlər xəstəxanalarda təcrübə keçir, əməliyyatlarda necə iştirak edirlərsə, jurnalistlər də auditoriyalardan çıxmalıdırlar. Cəmiyyətin içində olmalıdırlar, böyük media qurumlarında işləməli, təcrübə keçməlidirlər. Əzbərləməklə jurnalist olmaq mümkün deyil”.
Aynur xanım “Milli Məclis yadınıza düşəndə hansı hisslər keçirirsiniz” sualını da cavablayıb: “Çox sevdiyim və hörmət etdiyim yerdir. Ali qanunverici orqanın bir nümayəndəsi, üzvü olmaq kifayət qədər qürurvericidir. Orada keçirdiyim beş ili həmişə hörmətlə xatırlaylıram. Demişdim ki, Milli Məclis mənim üçün müqəddəs yerdir. Kimlərsə parlamentin adına xələl gətirəndə bu, mənə çox toxunur. Hətta elə bilirəm ki, kimsə palçıqlı ayaqqabılarla mənim evimə girir”.
Afaq Mirayiq