-
- 13-05-2019, 13:07
- 1 015
Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır"
“Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır"
News24.az xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycan mətbuatında əsas işlək qüvvə qadınlardır: “Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır. Təəssüf ki, kütləvi informasiya vasitələrində say baxımından qadın baş redaktorların sayı azdır”. Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurasına daxil olan müraciətlərin daha çoxu qadın istismarı ilə bağlıdır: “Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olub. Bunun da 15-20 faizə qədəri qadın istismarına qarşı olub, bəzi məqamlarda hadisələr baş verərkən, o hadisələrdə iştirak edən qadının rolunun daha çox qabardılması, bəzi məqamlarda onların adının hallanması, hadisələrin şişirdilməsi ilə bağlıdır”. Afaq Mirayiq