Bakıda qadını ölümlə təhdid etdilər – CİNAYƏT İŞİ AÇILDI
    • 5-11-2019, 14:50
    • 786

Bakıda qadını ölümlə təhdid etdilər – CİNAYƏT İŞİ AÇILDI

Bakıda qadını öldürəcəyi ilə hədələyən şəxs barəsində cinayət işi açılıb. 

News24.az-ın məlumatına görə, Sabunçu rayon sakini V.Rzayeva polisə müraciət edərək Etibar Dövlətovun onu öldürmək istədiyini bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dövlətov saxlanılıb və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinni 134-cü, yəni, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddəsilə cinayət işi açılıb.

Artıq Sabunçu Rayon Polis İdarəsində aparılan ibtidai istintaq tədbirləri yekunlaşıb və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.