-
- 3-12-2019, 11:37
- 1 879
"Onun kimi çağırılmamış yerə getmirəm..."- ANAR MÜDİRİNƏ GÖRƏ HƏMKARINA SÖZ ATDI
"Gənc aktyorlar teatrı, səhnəni qoyub filmə, seriala qaçmırlar. Hər kəsin öz işi var. Düzdür, teatra axın yoxdur, amma kifayət qədər istedadlı gənclərimiz var".
Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Anar Heybətov söyləyib. O, bildirib ki, hazırda kommersiya filmlərində qeyri peşəkar insanlar çəkilirlər: "Bu, bizim bəlamızdır. Azərbaycanda kinonun kimin əlində olduğunu bilmək olmur. Çünki hamı kino çəkir. Elə olur ki, biz bəyənmirik, amma camaat sevərək izləyir. Ola bilsin ki, bu məsələ zövqlə əlaqəlidir. Filmlərin çoxusuna baxmamışam deyə, konkret fikir söyləyə bilmərəm. Amma bir neçə kommersiya filmləri var, onlardan narazıyam. Hətta bu yaxınlarda belə layihələrdən birinə dəvət olunmuşdum, amma qəbul etmədim. Çünki orda özümü görmədim. Düzdür, onu çəkənlər dostlarımdır, amma razılaşmadım. Yəqin ki, “yox” dediyimə görə məndən inciməzlər. Serialların isə daha da keyfiyyətli çəkilməsi üçün zaman lazımdır".
Anar Heybətov bir müddət öncə baş tutan qalmaqallı Teatr Xadimləri İttifaqının sədr seçkiləri məsələsinə də toxunub: "Afaq xanım konfransı yarımçıq tərk etdi. Düzdür, o bizim Xalq artistimizdir, ona hörmətimiz var. Sonra Əməkdar artist Elnur Kərimov etirazını bildirdi. Halbuki heç ora dəvət olunmamışdı. Mən onun yerində olsam, çağırılmamış yerə getməzdim. Düzdür, Elnur dostumdur, amma mən düşündüyümü deyirəm. O qədər aktyorlar var idi ki, tədbirə gələ bilmədilər. Çünki yer də balaca idi. Elnur Kərimov ayaq üstə dayanacaqdı, yoxsa digər aktyorlar?”
Aktyor TXİ-nin fəaliyyəti haqda danışıb: "Mən o konfransda iştirak etdim. Azər Paşa Nemətov mənim müəllimimdir, onun kursunu bitirmişəm. İndi bu haqda danışanda elə çıxacaq ki, onun tərəfindəyəm. Amma susa da bilmirəm. Deyə bilmərəm ki, TXİ işləmir, fəaliyyət göstərmir. Düşünürəm ki, bu qurum bundan sonra da daha yaxşı çalışacaq".
Sevda Bayramova