Ölkəyə ayaqqabısının içərisində heroin KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 6-11-2019, 13:41
    • 478

Ölkəyə ayaqqabısının içərisində heroin KEÇİRMƏK İSTƏDİ - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və yoxlama aparılıb.

News24.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından hər birində 2 ədəd olmaqla ümumilikdə, 4 ədəd bağlamada ümumi çəkisi 206 qram olan narkotik vasitə - heroin aşkar edilib.