Usta çalışdığı avtoservisdən “Mercedes” oğurladı
    • 6-11-2019, 20:35
    • 573

Usta çalışdığı avtoservisdən “Mercedes” oğurladı


Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən qaçırılan, Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil Xəzər rayonunun Binə qəsəbəsi ərazisində işıq dirəyinə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.