Küçədə boğazı kəsilən qadın sağdır - Rəsmi açıqlama
    • 8-11-2019, 20:00
    • 1 017

Küçədə boğazı kəsilən qadın sağdır - Rəsmi açıqlama

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb. 


News24.az xəbər verir ki, boğazı kəsilən 8-ci sinif şagirdi yox, 1977-ci il təvəllüdlü M.Natavandır.

Hadisə Gəncənin Boyan küçəsində baş verib. Belə ki, oktyabrın əvvəllərində 4 uşaq anası olan Natavan küçədə sevgilisi Məhərrəm Sirati tərəfindən bıçaqlanıb. O, qadına yaxınlaşaraq arxadan bir neçə bıçaq zərbəsi vurub.  


Həmin gün xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır olsa da, həkimlər onun həyatını xilas edib.

/Qafqazinfo/