Qala-Pirallahı yolunda dəhşətli qəza-11 nənəf xəsarət aldı – SƏHİYYƏ NAZİRLİYİ
    • 7-10-2019, 10:19
    • 1 208

Qala-Pirallahı yolunda dəhşətli qəza-11 nənəf xəsarət aldı – SƏHİYYƏ NAZİRLİYİ

Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.

Afaq Mirayiq