Sevgilisinə görə bıçaqlanan Xosenin qardaşının SON HALI - FOTOLAR
    • 13-11-2019, 22:13
    • 1 180

Sevgilisinə görə bıçaqlanan Xosenin qardaşının SON HALI - FOTOLAR

Teleaparıcı Xose Bernardonun bıçaqlanan qardaşı 3 saylı şəhər xəstəxanasından paytaxtın özəl klinikalarından birinin kardioloji reanimasiya şöbəsinə köçürülüb.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Bizimləsən"də məlumat verilib.

Bədəninin müxtəlif nahiyələrindən 15 bıçaq zərbəsi alan Rəfael Hüseynovun hazırda vəziyyətinin orta-ağır olduğu deyilir. Xose Bernardo qardaşının həyati təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur. O, Rəfael Hüseynovun indiki həyat yoldaşının keçmiş əri olub.

Bu da Xose Bernardonun qardaşının xəstəxanadan son görüntüsü: