Şəhid övladının ad günündə ibrətamiz addım -VİDEO
    • 12-11-2019, 01:01
    • 885

Şəhid övladının ad günündə ibrətamiz addım -VİDEO

Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə ondan pul götürməyiblər.


News24.az xəbər verir ki, aprel şəhidi Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb və ad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "bu bizim borcumuzdur,sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir " cavabını alıb.


Restoran sahibi müştərisinin şəhid ailəsi olduğunu biləndə hesabı götürməkdən imtina edib.