İlham Əliyev İordaniya və Qətərin yeni səfirlərinin etimadnaməsini qəbul etdi - FOTOLAR
    • 18-11-2019, 13:18
    • 963

İlham Əliyev İordaniya və Qətərin yeni səfirlərinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin və Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnamələrini qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.