-
- 20-11-2019, 12:05
- 817
Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 7072-si artıq təlim kursunu uğurla başa vurub. Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və materiallar verilib.
Həmin şəxslər verilmiş aktivlər hesabına artıq öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ildə də proqrama cəlb olunanların əksəriyyətini əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardımı alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər, müharibə veteranları təşkil edir.
Bu ilin sonuna özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatacağı gözlənilir.