Prezident Abel Məhərrəmovu təltif etdi
    • 25-11-2019, 20:21
    • 803

Prezident Abel Məhərrəmovu təltif etdi

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
News24.az-ın məlumatına görə, sərəncamla Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
Məhərrəmov Abel Məmmədəli oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.