Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
    • 27-11-2019, 11:45
    • 487

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Sutka ərzində qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlanıb.   

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.