-
- 5-12-2019, 10:53
- 911
Milyonçunun səfil oğlu 21 İL KÜÇƏDƏ YAŞADI - FOTO
Milyonçunun oğlu 21 il küçədə yaşayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rayan Staffier adlı şəxs, İngiltərənin Truro şəhərinin küçələrində yaşayıb. 21 il əvvəl narkotik asılılığından imtina etmək istəməyən R.Staffier milyonçu atası ilə mübahisə edib. Oğlunu sağaltmaq və doğru yola yönəltmək üçün edilən cəhdlərdən sonra ata onu evdən qovub.
Rayan Staffier 11 yaşından marixuana çəkməyə başlayıb. Tədricən, böyüdükcə daha ciddi narkotik maddələrə keçib. Onun bu aludəçiliyi heroin asılılığına çevrilib. Onun hazırda 93 məhkumluöu var.
Bütün bunlara baxmayaraq, yenə də daha yaxşı həyata ümidi var və bu ümid onun 10 yaşlı qızıdır. İndi qız Rayanın ailəsi ilə yaşayır.
Qızının xatirinə Rayan asılılığından qurtulmağa hazırdır, buna görə üçüncü dəfə reabilitasiyadan keçməyə qərar verib. Onun gələcəyə dair planları iş tapmaq, mənzil kirayələmək, köpək almaq və maşın sürməyi öyrənməkdir.